Geri

21 aprel 2017-ci il saat 10:00-dək, ilkin məlumata əsasən:

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan sexin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə yanmışdır. Sexin qalan yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

21 aprel 2017-ci il saat 09:20-dək, ilkin məlumata əsasən:

Tovuz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan taxta konstruksiyadan ibarət tikilinin yanar konstruksiyaları və ərazidə 20 m2 sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

21 aprel 2017-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 sahədə yanmışdır. Yüksək temperaturdan digər 2 otağın tavanı 45 m2 sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan hinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.