Geri

31 mart 2017-ci il saat 19:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin  xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 18:07-də başa çatmışdır.

Geri

31 mart 2017-ci il saat 18:30-dək, ilkin məlumata əsasən

Xaçmaz rayonu, Xaçmaz-Niyazabad yolunun 5-ci kilometrliyində vətəndaşa məxsus ümumi sahəsi 360 molan metlax sexinin dam örtüyü 50 m2 sahədə  və içərisində olan plasmas qəliblər yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Dəliməmmədli şəhərində vətəndaşa məxsus fermer təsərrüfatının ərazisində 210 ton ot bağlamasının 45 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:42-də başa çatmışdır.

Geri

31 mart 2017-ci il saat 15:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 14:42-də başa çatmışdır.

Geri

31 mart 2017-ci il saat 14:45-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzininxilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:51-də başa çatmışdır.

Geri

31 mart 2017-ci il saat 11:45-dək, ilkin məlumata əsasən

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan birmərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 mart 2017-ci il saat 07:30-dək, ilkin məlumata əsasən

Astara şəhərində Təhsil Nazirliyinin balansında olan Pedaqoji kollecin həyətyanı sahəsində yerləşən ümumi sahəsi 12 m2 olan qazanxananın içərisində 1 ədəd "ARİSTON" su qızdırıcısı və dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanmışdır. Qazanxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 mart 2017-ci il saat 06:15-dək, ilkin məlumata əsasən

Astara rayonu, Təngərüd kəndində vətəndaşa məxsus "QAZ" markalı yük avtomobilinin mühərrik və salon hissəsi yanmışdır. Avtomobilin qalan hissələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 mart 2017-ci il saat 01:30-dək, ilkin məlumata əsasən

Şamaxı rayonu, Sabir qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan 1 mərtəbəli 4 otaqlı mənzilin dam örtüyünün yanar konstruksiyaları və evə bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan 1 mərtəbəli 6 otaqlı mənzilin dam örtüyünün yanar konstruksiyaları 8 m2 sahədə yanmışdır.Mənzillərin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Xaçmaz rayonu,Suxtaqalaqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan talvarın yanar konusturuksiyaları 10 m2sahədə və altına yığılmış 50 ədəd taxta taralar yanmışdır. Yanğından talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 22:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.