Geri

20 mart 2017-ci il saat 19:45-dək, ilkin məlumata əsasən:

Qax rayonu, Qum kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 120 m2sahədə və 1 otağın yanar konstruksiyaları 30 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Qaradağlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

20 mart 2017-ci il saat 16:15-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonu, Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan tövlənin içərisinə yığılmış 1,5 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

20 mart 2017-ci il saat 15:30-dək, ilkin məlumata əsasən:

Zərdab rayonu, Gödəkqobu kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan qamışdan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

20 mart 2017-ci il saat 04:15-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonu, 4 saylı qəsəbədə vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan tövlənin dam örtüyü 35 m2 sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

20 mart 2017-ci il saat 01:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabunçu rayonunda ferdi yaşayış evində termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 00:00-da başa çatmışdır.

Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 168 molan birmərtəbəli 5 otaqlı evin dəhlizinin tavanı 13 msahədə və 3 otaqda ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.