Geri

28 fevral 2017-ci il saat 21:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 120 m2 olan birmərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 72 m2 sahədə yanmışdır. Binanın  qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Sığırlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Bitişik talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​

Geri

28 fevral 2017-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Ağstafa rayonu, Poylu qəsəbəsində 2 ha sahədə kol-kos və ağaclar yanmışdır. Meşənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Mirzəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan talvarın yanar konstruksiyaları 16 m2 sahədə və 10 ton ot bağlamasının 2 tonu yanmışdır. Talvarın və otun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, İrmaşlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 225 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 50 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən rayonu, Şambul kəndində vətəndaşa məxsus ümumi sahəsi 0.8 ha ərazidə 35 m2 olan taxtadan ibarət tikilinin yanar konstruksiyaları və ərazidə 0.4 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​

 

Geri

28 fevral 2017-ci il saat 18:15-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Lənbəran rayonunda vətəndaşa məxsus ümumi sahəsi 64 molan tövlənin yanar konstruksiyaları və tövlənin yaxınlığına yığılmış 7,5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​

Geri

28 fevral 2017-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Yevlax rayonu, Gülövşə kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 6 m2 sahədə və damına yığılmış 1,2 ton ot bağlamasının 300 kq-ı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Dönük Qırıqlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlamasının 500 kq-ı və ümumi sahəsi 50 m2 olan tövlənin çardağının yanar konstruksiyaları 25 m2 sahədə yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​

Geri

28 fevral 2017-ci il saat 13:15-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonu, Ağabəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 fevral 2017-ci il saat 00:00-dək, ilkin məlumata əsasən:

Oğuz rayonu, Bayan kəndində vətəndaşa məxsus “Oğuz Eli” ailəvi istirahət mərkəzinin ərazisində ümumi sahəsi 30 molan birmərtəbəli 2 otaqlı kotecin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Kotecin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.