Geri

28 fevral 2017-ci il saat 18:15-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Lənbəran rayonunda vətəndaşa məxsus ümumi sahəsi 64 molan tövlənin yanar konstruksiyaları və tövlənin yaxınlığına yığılmış 7,5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​

Geri

28 fevral 2017-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Yevlax rayonu, Gülövşə kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 6 m2 sahədə və damına yığılmış 1,2 ton ot bağlamasının 300 kq-ı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Dönük Qırıqlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlamasının 500 kq-ı və ümumi sahəsi 50 m2 olan tövlənin çardağının yanar konstruksiyaları 25 m2 sahədə yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​

Geri

28 fevral 2017-ci il saat 13:15-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonu, Ağabəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 fevral 2017-ci il saat 00:00-dək, ilkin məlumata əsasən:

Oğuz rayonu, Bayan kəndində vətəndaşa məxsus “Oğuz Eli” ailəvi istirahət mərkəzinin ərazisində ümumi sahəsi 30 molan birmərtəbəli 2 otaqlı kotecin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Kotecin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.