Geri

17 fevral 2017-ci il saat 22:15-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonu, Bəhmətli kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan köməkçi tikilinin çardağının və tavanının yanar konstuksiyaları 80 m² sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

17 fevral 2017-ci il saat 22:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış köməkçi tikilinin içərisinə yığılmış məişət əşyaları 4 m² sahədə yanmışdır. Yanğın saat 18:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

17 fevral 2017-ci il saat 21:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 12 nəfərin təhlükəsiz əraziyə təxliyyə olunmasını təmin etmişlər. Əməliyyat saat 20:29-da başa çatmışdır.
Geri

17 fevral 2017-ci il saat 21:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə ev əşyaları 6 m² sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

17 fevral 2017-ci il saat 19:35-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:57-də başa çatmışdır.

Geri

17 fevral 2017-ci il saat 15:55-dək, ilkin məlumata əsasən:

Goranboy rayonu, Goranlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə edilmişdir. Yanğın saat 14:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 fevral 2017-ci il saat 15:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:31-də başa çatmışdır.
Geri

17 fevral 2017-ci il saat 13:45-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonu, Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 102 m² olan tövlənin çardağının yanar konstruksiyaları 60 m² sahədə və çardağına yığılmış 1 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın saat 19:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

17 fevral 2017-ci il saat 13:20-dək, ilkin məlumata əsasən:

Yardımlı rayonu, Köryədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan tövlənin yanar konstruksiyaları və tövləyə yığılmış 5 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 fevral 2017-ci il saat 13:10-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 6 nəfərin təhlükəsiz əraziyə təxliyyə olunmasını təmin etmişlər. Əməliyyat saat 12:20-də başa çatmışdır.

Geri

17 fevral 2017-ci il saat 09:45-dək, ilkin məlumata əsasən:

Göyçay rayonu, Üngütlü kəndində vətəndaşa məxsus ümumi sahəsi 378 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi 2 m2 sahədə və ev əşyaları 6 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 fevral 2017-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 6 nəfərin təhlükəsiz əraziyə təxliyyə olunmasını təmin etmişlər. Əməliyyat saat 07:55-də başa çatmışdır.

Geri

17 fevral 2017-ci il saat 06:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda “Mercedes” markalı mikroavtobusun yolun palçıqlı olması səbəbindən batması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi təyinatlı avtomobilin köməyilə mikroavtobusun batdığı yerdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:08-də başa çatmışdır.

Geri

17 fevral 2017-ci il saat 04:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu, Ağköynək kəndində evdə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq evin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:26-da başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan mağazanın yanar konstruksiyaları yanmışdır. Bitişik digər mağazalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Vəndam kəndində yağan güclü qar nəticəsində avtomobillərin yolda batması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yolda batmış vəziyyətdə qalan 3 avtomobili çıxararaq hərəkəti bərpa etmişlər. Əməliyyat saat 03:10-da başa çatmışdır.

Geri

17 fevral 2017-ci il saat 01:45-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Qaraağac kəndində vətəndaşa məxsus evin həyətyanı sahəsinə yığılmış 32 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalah hissəsi və yaxınlığdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.