Geri

10 dekabr 2017-ci il saat 20:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonu ərazisində "AMAY" ticarət mərkəzindəki liftin təmiri zamanı 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, liftə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq vəfat etmişdir. Xilasedicilər S.Şərifovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

10 dekabr 2017-ci il saat 20:00-dək:

Neftçala rayonu, Şorkənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2 otağının və aynabəndinin lambirindən ibarət tavanı 72 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Narlıq kəndində ümumi sahəsi 270 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin tavanı 150 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

10 dekabr 2017-ci il saat 18:30-dək:

Zaqatala rayonu, Zəyəm kəndində ümumi sahəsi 75 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək mənzilin qapısını açmış və 1947-ci il təvəllüdlü Məmmədova Xeyransa Əliş qızının cəsədini aşkar etmişlər. Cəsəd aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.

Geri

10 dekabr 2017-ci il saat 14:00-dək:

Xaçmaz rayonu, Yergüc kəndində ümumi sahəsi 180 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində mətbəxin lambirdən ibarət tavanı 15 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Göyçay rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının lambirdən ibarət tavanı 2 m² sahədə və dam örtüyü 5 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

10 dekabr 2017-ci il saat 13:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin, Binəqədi rayonunda 1 nəfər intihar məqsədilə altımərtəbəli yaşayış binasının damına çıxmışdır. Hadisə yerinə gəlmiş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşla söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırmışlar. Əməliyyat başa çatmışdır.

Geri

10 dekabr 2017-ci il saat 08:00-dək:

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 60 molan 3 otaqlı mənzilin hamamında  tüstü bacasının  ətrafı 3 msahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

10 dekabr 2017-ci il saat 04:00-dək:

Bakı şəhəri, Nizami rayonunda üçmərtəbəli inzibati binanın ikinci mərtəbəsində 4 p.m elektrik kabeli yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

10 dekabr 2017-ci il saat 01:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan Şəhərində 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.