Geri

09 noyabr 2017-ci il saat 15:40-dək:

Qəbələ rayonunun Böyük Pirəli kəndində birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. ​

Geri

09 noyabr 2017-ci il saat 10:00-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan vaqon tipli yaşayış evinin taxta üzlüyü və ev əşyaları yanmışdır. Yanğın zamanı ev sahibi və qızı müxtəlif xəsarətlər almış və xəstəxanaya aparılmışlar. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. 

Geri

09 noyabr 2017-ci il saat 08:15-dək:

Balakən rayonunun Qabaqçöl qəsəbəsində tövlənin yanar konstruksiyaları və içərisində olan 8 m3 taxta, 3 ədəd dəzgah, 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 noyabr 2017-ci il saat 00:45-dək:

Salyan rayonunun Çuxanlı kəndində "Mercedes" markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində 3 nəfər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin xilasediciləri vətəndaşları xilas etmişlər. Əməliyyat başa çatmışdır.