Geri

09 noyabr 2017-ci il saat 00:45-dək:

Salyan rayonunun Çuxanlı kəndində "Mercedes" markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində 3 nəfər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin xilasediciləri vətəndaşları xilas etmişlər. Əməliyyat başa çatmışdır.