Geri

08 noyabr 2017-ci il saat 19:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır;
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1958-ci il təvəllüdlü Mahmud Məhəmməd oğlu Qasımovun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Geri

08 noyabr 2017-ci il saat 18:45-dək:

Şəki rayonunun Kiçik Dəhnə kəndində ümumi sahəsi 75 m2 olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış ot bağlaması 200 kq yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Geri

08 noyabr 2017-ci il saat 14:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda "Skoda" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanmışdır. Avtomobilin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilalad rayonunda ümumi sahəsi 1452 m2 (hər mərtəbəsi 484 m2) olan 3 mərtəbəli inzibati binada təmir işləri zamanı döşəmə 3 m2 sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

08 noyabr 2017-ci il saat 12:45-dək:

Ağstafa rayonunun Saloğlu qəsəbəsində ümumi sahəsi 100 m2 olan fəhlələr üçün nəzərdə tutulan konteynerin penоplastdan ibarət üzlüyü 10 m2 sahədə və içərisində olan əşyalar yanmışdır. Konteynerin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonunun Nic qəsəbəsində ümumi sahəsi 63 m2 olan tövlənin tavanı və çardağı 55 m2 sahədə, çardağa yığılmış 4 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

08 noyabr 2017-ci il saat 12:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşmüşdür. Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunmuşdur. Vətəndaş xilasedicilər tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilmişdir.

Geri

08 noyabr 2017-ci il saat 08:00-dək:

Şəmkir rayonu, Aşağı Seyfəli kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

08 noyabr 2017-ci il saat 03:30-dək:

Masallı rayonunda ümumi sahəsi 80 m² olan tikilinin tavanı 35 m² sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.