Geri

07 noyabr 2017-ci il saat 21:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

07 noyabr 2017-ci il saat 21:00-dək:

Füzuli rayonu, Bala Bəhmənli kəndində 10 ton olan ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

07 noyabr 2017-ci il saat 16:30-dək:

Zərdab rayonunda ümumi sahəsi 265 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

07 noyabr 2017-ci il saat 09:00-dək:

Lənkəran rayonu, Boladı kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və ev əşyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​