Geri

06 noyabr 2017-ci il saat 08:20-dək:

Quba rayonu Barlı qəsəbəsində həyətyanı sahəyə yığılmış 15 ton ot tayasının 1 tonu yanmışdır. Ot tayasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Qaradağ rayonunda istifadəyə yararsız konteyner yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

06 noyabr 2017-ci il saat 06:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Qaradağ rayonunda birmərtəbəli 5 otaqlı evin dam örtüyü 30 m2, evə bitişik ümumi sahəsi 3 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları və tikilinin içərisində quraşdırılmış su qızdırıcısı yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. 
Geri

06 noyabr 2017-ci il saat 03:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.​
Geri

06 noyabr 2017-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonunun Göytəpə şəhərində tövlənin yanar konstruksiyaları və 700 kq ot bağlaması yanmışdır. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​