Geri

06 noyabr 2017-ci il saat 03:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.​
Geri

06 noyabr 2017-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonunun Göytəpə şəhərində tövlənin yanar konstruksiyaları və 700 kq ot bağlaması yanmışdır. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​