Geri

05 noyabr 2017-ci il saat 17:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Sabunçu rayonunda 1 saylı internat məktəbin tikilməkdə olan korpusunda otağın yanar konstruksiyaları 24 m² sahədə və içərisində olan yataq dəsti yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonunun Mollavazlı kəndində həyətyanı sahəyə yığılmış 7,5 ton ot bağlamasının 2,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonunun Hindarx kəndind "Oka" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yol kənarındakı elektrik dirəyi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

05 noyabr 2017-ci il saat 16:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

05 noyabr 2017-ci il saat 08:45-dək:

Bakı şəhərinin Nəsimi rayonunda yol kənarında dayanmış 2 ədəd elektrik-gəzinti avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

05 noyabr 2017-ci il saat 04:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.