Geri

04 noyabr 2017-ci il saat 18:30-dək:

Ağsu rayonunun Çiyni kəndində ümumi sahəsi 100 kv.m olan tövlənin yanar konstruksiyaları, içərisində 200 kiloqram arpa və damına yığılmış 4.5 ton ot bağlaması yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

04 noyabr 2017-ci il saat 17:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

04 noyabr 2017-ci il saat 10:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər qapının təsədüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

04 noyabr 2017-ci il saat 08:30-dək:

Ucar rayonu, Qarabörk kəndində umumi sahəsi 30 m² olan tövlənin yanar konstruksiyaları yanmışdır. Bitişik talvar və ot bağlaması yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

04 noyabr 2017-ci il saat 05:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.