Geri

03 noyabr 2017-ci il saat 14:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər intihar məqsədilə ticarət mərkəzinin damına çıxmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırmışlar. Əməliyyat başa çatmışdır.
Geri

03 noyabr 2017-ci il saat 09:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda “Mercedes” markalı minik avtomobili səkiyə çırpılmışdır. Gəncə Regional Mərkəzinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücüsü - 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğlunun və sərnişin - 1994-cü il təvəllüdlü Nağıyev Nicat Nüsrət oğlunun cəsədlərini çıxararaq aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

03 noyabr 2017-ci il saat 08:45-dək:

Lerik rayonu, Cəngəmiran kəndində ümumi sahəsi 60 m2 olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur.
Geri

03 noyabr 2017-ci il saat 04:30-dək:

Qusar rayonu, Üzdənoba kəndində ümumi sahəsi 12 m2 olan talvarın yanar konstruksiyaları və talvara bitişik yığılmış 3 ton ot tayası yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 noyabr 2017-ci il saat 03:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 3 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri  həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

03 noyabr 2017-ci il saat 01:00-dək:

Zaqatala rayou, Bazar kəndində ümumi sahəsi 158 m2 olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 158 m2 sahədə, mətbəx və hamam otağı 11 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Qaradağlı kəndində “Vaz” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.