Geri

03 noyabr 2017-ci il saat 03:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 3 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri  həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

03 noyabr 2017-ci il saat 01:00-dək:

Zaqatala rayou, Bazar kəndində ümumi sahəsi 158 m2 olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 158 m2 sahədə, mətbəx və hamam otağı 11 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Qaradağlı kəndində “Vaz” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.