Geri

02 noyabr 2017-ci il saat 16:00-dək:

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 72 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Seyidlər kəndində ümumi sahəsi 36 m2 olan qarajın yanar konstruksiyaları və içərisində olan məişət əşyaları yanmışdır. Qaraja bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 noyabr 2017-ci il saat 15:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarında 3 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri  həmin ünvanlara gələrək qapının açılmasını təmin etmişlər. Hər iki əməliyyat başa çatmışdır.

Geri

02 noyabr 2017-ci il saat 12:30-dək:

Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 92 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 60 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 noyabr 2017-ci il saat 12:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzin xilasediciləri mənzilin qapısının açılmasını təmin etmişlər.  Mənzilə baxış zamanı 1950-ci il təvəllüdlü Çeşmə Əbilovanın cəsədi və yataq xəstəsi olan 1 nəfər vətəndaş aşkar olunmuşdur. Köməksiz vəziyyətdə qalmış vətəndaşa müvafiq köməklik göstərilmiş, Ç.Əbilovanın cəsədi aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.

Geri

02 noyabr 2017-ci il saat 09:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açaraq mənzildə gərgin psixoloji vəziyyətdə olan vətəndaşı və 1941-ci il təvəllüdlü Roman Aleksandr Zelikoviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

02 noyabr 2017-ci il saat 08:15-dək:

Salyan rayonunun Yenikənd kəndində yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 msahədə yanmşdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonunun Sarısu kəndində ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində dam örtüyünün, aynabəndin və 3 otağın yanar konstruksiyaları 70 m2 sahədə və yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanmışdır. Yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 noyabr 2017-ci il saat 04:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.