Geri

02 noyabr 2017-ci il saat 12:30-dək:

Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 92 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 60 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 noyabr 2017-ci il saat 12:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzin xilasediciləri mənzilin qapısının açılmasını təmin etmişlər.  Mənzilə baxış zamanı 1950-ci il təvəllüdlü Çeşmə Əbilovanın cəsədi və yataq xəstəsi olan 1 nəfər vətəndaş aşkar olunmuşdur. Köməksiz vəziyyətdə qalmış vətəndaşa müvafiq köməklik göstərilmiş, Ç.Əbilovanın cəsədi aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.

Geri

02 noyabr 2017-ci il saat 09:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açaraq mənzildə gərgin psixoloji vəziyyətdə olan vətəndaşı və 1941-ci il təvəllüdlü Roman Aleksandr Zelikoviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

02 noyabr 2017-ci il saat 08:15-dək:

Salyan rayonunun Yenikənd kəndində yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 msahədə yanmşdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonunun Sarısu kəndində ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində dam örtüyünün, aynabəndin və 3 otağın yanar konstruksiyaları 70 m2 sahədə və yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanmışdır. Yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 noyabr 2017-ci il saat 04:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.