Geri

02 noyabr 2017-ci il saat 08:15-dək:

Salyan rayonunun Yenikənd kəndində yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 msahədə yanmşdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonunun Sarısu kəndində ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində dam örtüyünün, aynabəndin və 3 otağın yanar konstruksiyaları 70 m2 sahədə və yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanmışdır. Yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 noyabr 2017-ci il saat 04:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.