Geri

14 noyabr 2017-ci il saat 17:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz şəhərində 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Şimal Regional Mərkəzinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

14 noyabr 2017-ci il saat 09:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

14 noyabr 2017-ci il saat 07:15-dək:

Gədəbəy rayonunun Cəfərli kəndində tövlənin dam örtüyünün yanar konstruksiyaları 80 m2 sahədə və 13 ton ot bağlamasının 4 tonu yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 noyabr 2017-ci il saat 01:00-dək:

Şabran rayonunun Aygünlü kəndində "HOWO" markalı yük avtomobilinin arxa təkərləri yanmışdır. Avtomobilin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.