Geri

10 noyabr 2017-ci il saat 17:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

10 noyabr 2017-ci il saat 16:30-dək:

 

Cəlilabad rayonu, Bədrəvan kəndində ümumi sahəsi 352 m2 olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evdə ev əşyaları 12 m2 sahədə və aynabəndin tavanı 18 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xaçmaz rayonu, Hacıəlibəy kəndində 7 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

10 noyabr 2017-ci il saat 15:30-dək:

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 920 m2 olan altımərtəbəli mansard tipli “AFEN PLAZA” biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 300 m2 olan ofisin yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı 42 nəfər Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmişdir. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

10 noyabr 2017-ci il saat 13:45-dək:

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “AFEN PLAZA" biznes mərkəzində baş vermiş yanğın tam söndürülmüşdür. Əlavə məlumat veriləcək

Geri

10 noyabr 2017-ci il saat 13:30-dək:

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “AFEN PLAZA" biznes mərkəzində baş vermiş yanğın məhdudlaşdırılmışdır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən 40 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Əlavə məlumat veriləcək.

Geri

10 noyabr 2017-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda “AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə yanğın müşahidə olunur. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində işlər və digər xilasetmə tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək.

Geri

10 noyabr 2017-ci il saat 10:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

10 noyabr 2017-ci il saat 08:45-dək:

Bakı-Quba magistral avtomobil yolunun 77-ci kilometrliyində, Siyəzən rayonu ərazisində “Shacman” və “KAMAZ” markalı 3 ədəd yük avtomobili toqquşmuşdur. Qəzada yaralanan "Shacman" markalı avtomobilin sürücüsü Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır;

Göygöl rayonunun Hacıməlik qəsəbəsində "QAZEL" markalı yük avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

10 noyabr 2017-ci il saat 02:15-dək:

Sumqayıt şəhərində plastik şüşə istehsalı sexində 6 m2 sahədə rezin məmulatları yanmışdır. Sex yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.  ​