Geri

10 noyabr 2017-ci il saat 13:45-dək:

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “AFEN PLAZA" biznes mərkəzində baş vermiş yanğın tam söndürülmüşdür. Əlavə məlumat veriləcək

Geri

10 noyabr 2017-ci il saat 13:30-dək:

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “AFEN PLAZA" biznes mərkəzində baş vermiş yanğın məhdudlaşdırılmışdır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən 40 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Əlavə məlumat veriləcək.

Geri

10 noyabr 2017-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda “AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə yanğın müşahidə olunur. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində işlər və digər xilasetmə tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək.

Geri

10 noyabr 2017-ci il saat 10:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

10 noyabr 2017-ci il saat 08:45-dək:

Bakı-Quba magistral avtomobil yolunun 77-ci kilometrliyində, Siyəzən rayonu ərazisində “Shacman” və “KAMAZ” markalı 3 ədəd yük avtomobili toqquşmuşdur. Qəzada yaralanan "Shacman" markalı avtomobilin sürücüsü Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır;

Göygöl rayonunun Hacıməlik qəsəbəsində "QAZEL" markalı yük avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

10 noyabr 2017-ci il saat 02:15-dək:

Sumqayıt şəhərində plastik şüşə istehsalı sexində 6 m2 sahədə rezin məmulatları yanmışdır. Sex yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.  ​