Geri

10 noyabr 2017-ci il saat 10:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

10 noyabr 2017-ci il saat 08:45-dək:

Bakı-Quba magistral avtomobil yolunun 77-ci kilometrliyində, Siyəzən rayonu ərazisində “Shacman” və “KAMAZ” markalı 3 ədəd yük avtomobili toqquşmuşdur. Qəzada yaralanan "Shacman" markalı avtomobilin sürücüsü Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır;

Göygöl rayonunun Hacıməlik qəsəbəsində "QAZEL" markalı yük avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

10 noyabr 2017-ci il saat 02:15-dək:

Sumqayıt şəhərində plastik şüşə istehsalı sexində 6 m2 sahədə rezin məmulatları yanmışdır. Sex yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.  ​