Geri

06 oktyabr 2017-ci il saat 18:50-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətairayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1967-ci il təvəllüdlü Rubakova Valentina Vladimiroviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​
Geri

06 oktyabr 2017-ci il saat 17:30-dək:

Abşeron rayonunda ümumi sahəsi 25 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və evə bitişik tikilmlş ümumi sahəsi 10 m² olan köməkçi tikili yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

06 oktyabr 2017-ci il saat 13:00-dək:

Göyçay rayonu, Şahsoltanlı kəndində ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə, tövlənin içərisinə yığılmış 8 ton ot bağlamasının 3 tonu və 1,5 ton arpanın 0,5 tonu yanmışdır. Tövlənin, ot bağlamasının və arpanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

06 oktyabr 2017-ci il saat 09:45-dək:

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 12 m² sahədə və ev əşyaları 5 m² sahədə yanmışdır. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

06 oktyabr 2017-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyi Astara, Lənkəran və Masallı rayonlarında yağışların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində zəruri xilasetmə tədbirlərinin görülməsini davam etdirir. Ötən sutka ərzində Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərdə suçəkmə işlərinə cəlb olunmuşdur.

Geri

06 oktyabr 2017-ci il saat 02:30-dək:

Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50 molan 2 otaqlı mənzilin hamam otağının, mətbəxinin lambirindən ibarət tavanı 7 msahədə, və 1 otağın yanar konstruksiyaları 3 msahədə yanmışdır. Yüksək temperaturdan mənzilin 3 ədəd plastik qapısı ərimişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​