Geri

04 oktyabr 2017-ci il saat 08:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Qarabörk kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı dərəyə düşmüşdür. Sıxılmış vəziyyətdə qalmış sərnişin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.

Geri

04 oktyabr 2017-ci il saat 07:45-dək, ilkin məlumata əsasən:

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 04 oktyabr 2017-ci il tarixində Bakı vaxtı ilə saat 06:36-da Qubadan 10 km şimal-qərbdə Quba rayonu ərazisində 3.6 maqnituda, 6 km dərinlikdə zəlzələ qeydə alınmışdır. Zəlzələ yaxın yaşayış məntəqələrində 3,5 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmamışdır.