Geri

31 oktyabr 2017-ci il saat 22:30-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 60 m2 olan kafenin mətbəxində taxta rəflər 5 m2 sahədə yanmışdır. Kafenin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Nərimanov rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri və qabaq təkəri yanmışdır. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 oktyabr 2017-ci il saat 21:15-dək:

İsmayıllı rayonunun Aşağı Zərnava kəndində köməkçi tikilinin dam örtüyünün taxta atmaları, içərisinə yığılmış 25 ton taxılın 2 tonu və 25 ton ot bağlamasının 5 tonu yanmışdır. Yanğından tövlənin içərisində olan taxılın, ot bağlamasının qalan hissəsi və bitişik ev mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonunun Siləyli kəndində 3 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 oktyabr 2017-ci il saat 17:00-dək:

Masallı rayonunun Həsənli kəndində birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 m2 sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 oktyabr 2017-ci il saat 16:00-dək:

Goranboy rayonunun Nadirkənd kəndində köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 oktyabr 2017-ci il saat 15:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 azyaşlı giriş qapısının təsədüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Sumqayıt Regional Mərkəzinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

31 oktyabr 2017-ci il saat 11:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər giriş qapısının kilidində yaranmış nasazlıq səbəbilə mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

31 oktyabr 2017-ci il saat 08:15-dək:

Daşkəsən rayonu, Dəstəfur kəndində 8 ha ərazidə ağaclar və kol-kos yanmışdır. Meşə təsərrüfatının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 oktyabr 2017-ci il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağında üzük qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, həkimlərin nəzarəti altında üzüyü vətəndaşın barmağından kəsib çıxarmışlar. Əməliyyat başa çatmışdır.