Geri

31 oktyabr 2017-ci il saat 15:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 azyaşlı giriş qapısının təsədüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Sumqayıt Regional Mərkəzinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

31 oktyabr 2017-ci il saat 11:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər giriş qapısının kilidində yaranmış nasazlıq səbəbilə mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

31 oktyabr 2017-ci il saat 08:15-dək:

Daşkəsən rayonu, Dəstəfur kəndində 8 ha ərazidə ağaclar və kol-kos yanmışdır. Meşə təsərrüfatının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 oktyabr 2017-ci il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağında üzük qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, həkimlərin nəzarəti altında üzüyü vətəndaşın barmağından kəsib çıxarmışlar. Əməliyyat başa çatmışdır.