Geri

30 oktyabr 2017-ci il saat 22:15-dək:

Ağcabədi rayonunun Boyad kəndində maye qazdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində “ZİL” markalı qazdaşıyan avtomobilin yanar hissələri və ümumi sahəsi 12 m2 olan operator otağının dam örtüyü qismən yanmışdır. Partlayışın zərbəsindən operator otağının qapısı və şüşələri qırılmışdır. İlkin məlumata görə, 1 nəfər - 1963-cü il təvəllüdlü Cəfərov Nahid İsa oğlu ölmüş, 2 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdır. Tutumu 10 ton olan yerüstü çən mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2017-ci il saat 22:45-dək:

Şəki rayonunda ümumi sahəsi 120 m2 olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında ev əşyaları 6 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Xıl kəndində ümumi sahəsi 45 m2 olan tövlənin yanar konstruksiyaları 25 m2 sahədə və tövlənin damına yığılmış 7 ton ot bağlamasının 4 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2017-ci il saat 22:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

30 oktyabr 2017-ci il saat 19:15-dək:

Biləsuvar rayonunda 30 ton ot tayasının 20 tonu yanmışdır. Ot tayasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2017-ci il saat 18:15-dək:

Ağcabədi rayonu, Hacıbədəlli kəndində ümumi sahəsi 120 m2 olan talvarın yanar konstruksiyaları 54 m2 sahədə və 12 ton ot bağlamasının 4 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Edişə kəndində ümumi sahəsi 42 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 6 m2 sahədə və içərisinə yığılmış ot bağlamasının 825 kiloqramı yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2017-ci il saat 16:15-dək:

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 40 m2 olan tövlənin tavanı 20 m2 sahədə və içərisində 1 m2 məişət tullantıları yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonunda yanacaqdoldurma məntəqəsində kalonka, kalonkanın üzərindən keçən elektrik naqilləri 0,5 p.m, kassa aparatı yanmışdır. Yüksək temperaturdan lambirdən ibarət tavan 2 m2 sahədə ərimişdir. Yanacaqdoldurma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2017-ci il saat 10:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi səbəbilə mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

30 oktyabr 2017-ci il saat 03:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Pirallahı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açmış və vətəndaşı yatmış vəziyyətdə aşkar etmişlər. Əməliyyat başa çatmışdır.​