Geri

02 oktyabr 2017-ci il saat 23:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə civə tərkibli termometr sınmış və civə ətrafa dağılmışdır. Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Radiasiya və Kimya laboratoriyasının mütəxəssisləri tərəfindən çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat başa çatmışdır.

Geri

02 oktyabr 2017-ci il saat 22:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 2 nəfər giriş qapısının təsadüfən kilidlənməsi səbəbilə mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

02 oktyabr 2017-ci il saat 22:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

02 oktyabr 2017-ci il saat 19:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər giriş qapısının təsadüfən kilidlənməsi səbəbilə mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

02 oktyabr 2017-ci il saat 16:00-dək:

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi  560 m2 olan, bir-birinə bitişik tikilmiş birmərtəbəli evlərin yanar konstruksiyaları 120 m2 sahədə, yaxınlıqda olan ümumi sahəsi 24 m2 olan birmərtəbəli 1 otaqlı evin dam örtüyü 10 m2 sahədə və evlərin üstündən keçən 50 p.m elektrik kabeli yanmışdır. Tikililərin və elektrik kabelinin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Qovlar qəsəbəsində ümumi sahəsi 140 molan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 40 msahədə və dam örtüyü 110 msahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 oktyabr 2017-ci il saat 14:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər intihar məqsədilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinə çıxmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırmışlar. Əməliyyat başa çatmışdır.

Geri

02 oktyabr 2017-ci il saat 14:30-dək:

Quba rayonu, İkinci Nügədi kəndində ümumi sahəsi 1000 m2 olan fermanın taxta döşəməsi 100 m2 sahədə və içərisinə yığılmış 100 ton ot bağlaması yanmışdır. Bitişik taxıl anbarı  yanğından muhafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 350 m2 olan sexin içərisində 1 ədəd soyutma sobası və dam örtüyünün şüşə pambıq üzlüyü 6 m2 sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 oktyabr 2017-ci il saat 13:00-dək:

Ağstafa rayonu, Dağ Kəsəmən kəndində “Supra” markalı sərnişin avtobusunun 1 ədəd arxa təkəri yanmışdır. Avtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 oktyabr 2017-ci il saat 08:15-dək:

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 45 m2 olan 2 otaqlı mənzildə 1 ədəd divan yanmışdır. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilmişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonunun Liman şəhərində ümumi sahəsi 144 m2 olan müxtəlif təyinatlı obyektin yanar konstruksiyaları 104 m2 sahədə yanmışdır. Obyektin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonunun Dağ Kəsəmənli kəndində "Mercedes" markalı minik avtomobilinin mühərrikinin, idarəetmə lövhəsinin və qabaq oturacaqlarının yanar hissələri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.