Geri

02 oktyabr 2017-ci il saat 08:15-dək:

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 45 m2 olan 2 otaqlı mənzildə 1 ədəd divan yanmışdır. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilmişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonunun Liman şəhərində ümumi sahəsi 144 m2 olan müxtəlif təyinatlı obyektin yanar konstruksiyaları 104 m2 sahədə yanmışdır. Obyektin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonunun Dağ Kəsəmənli kəndində "Mercedes" markalı minik avtomobilinin mühərrikinin, idarəetmə lövhəsinin və qabaq oturacaqlarının yanar hissələri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.