Geri

11 oktyabr 2017-ci il saat 07:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 32-ci kilometrliyində “SHACMAN“ markalı yük avtomobili yolda idarəetməni itirərək aşmışdır. Sürücü 1957-ci il təvəllüdlü Qasımov Firudin Əziz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.

Geri

11 oktyabr 2017-ci il saat 03:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

11 oktyabr 2017-ci il saat 01:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.