Geri

01 oktyabr 2017-ci il saat 17:30-dək:

Bakı şəhərinin Yasamal rayonunda "Land Rover" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 oktyabr 2017-ci il saat 16:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə civə tərkibli termometr sınmış və civə ətrafa dağılmışdır. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının Radiasiya və Kimya laboratoriyasının mütəxəssisləri tərəfindən çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat başa çatmışdır.

Geri

01 oktyabr 2017-ci il saat 14:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri mənzilin qapısını açmış və vətəndaşlara müvafiq köməklik göstərmişlər. Əməliyyat başa çatmışdır.

Geri

01 oktyabr 2017-ci il saat 12:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 70 m2 olan tikilinin içərisində televizor və stul yanmışdır. Tikili yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

01 oktyabr 2017-ci il saat 08:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Geri

01 oktyabr 2017-ci il saat 07:00-dək:

Şəmkir rayonu, Çənlibel kəndində ümumi sahəsi 200 m2 olan 2 mərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100 msahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şabran rayonu, Çölquşçu kəndində 3 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

01 oktyabr 2017-ci il saat 02:50-dək:

Bakı şəhəri, Qaradağ rayonunda sexin ərazisində karton qutular, taxta və şüşə taralar 30 m2 sahədə yanmışdır. Yanğından sex mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Qədimkənd kəndində ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 22 m2 sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 oktyabr 2017-ci il saat 01:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.