Geri

31 yanvar 2017-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanmışdır. Yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili yardım xidmətinə təhvil verilmiş və 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunmuşdur. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.