Geri

30 yanvar 2017-ci il saat 12:00-dək, ilkin məlumata əsasən:

Qax rayonu, Əlibəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 168 molan kürsülü birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı və çardağının yanar konstruksiyaları 40 msahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 yanvar 2017-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan avtoservisin ərazisində bir-birinə bitişik avtomobil təmiri sexlərinin yanar konstruksiyaları və içərisində olan avtomobil ehtiyyat hissələri 60 m2 sahədə yanmışdır. Bitişik digər sexlər və yaxınlıqda dayanmış iki ədəd minik avtomobili yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 yanvar 2017-ci il saat 07:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu ərazisində "RENO” markalı yük avtomobili ilə "FORD" markalı yük avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "RENO” yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 03:04-də başa çatmışdır.

Geri

30 yanvar 2017-ci il saat 03:10-dək, ilkin məlumata əsasən:

Qusar rayonu, Hil kəndində vətəndaşa məxsus ümumi sahəsi 220 m2 olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın, aynabəndin yanar konstruksiyaları 90 m2 sahədə və dam örtüyü 45 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 yanvar 2017-ci il saat 02:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Kür Qaraqaşlı kəndi ərazisində “VAZ” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 1990-ci il təvəllüdlü Qasımov Elvin Xalıd oğlunun cəsədini çıxarmış və aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 01:22-də başa çatmışdır.

Geri

30 yanvar 2017-ci il saat 00:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 3 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlıları valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 22:54-də başa çatmışdır.