Geri

12 yanvar 2017-ci il saat 14:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Tatarlı kəndində fərdi evdə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 22:30-da başa çatmışdır.

Geri

12 yanvar 2017-ci il saat 13:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Səbail rayonunda çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan atelyenin 1 otağında məişət əşyaları 4 m² sahədə yanmışdır. Atelyenin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11.28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2017-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Yeni Həyat kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m2 sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanmışdır. Yanğının kəşfiyyatı 1966-cı il təvəllüdlü Quliyev Rafiq Akif oğlunun yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08.04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Əyyublu kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin mətbəxinin lambirdən ibarət tavanı 20 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08.05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2017-ci il saat 03:15-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonu, Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan tövlənin yanar konstruksiyaları və icərisinə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2017-ci il saat 01:30-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan yardımçı tikilinin içərisinə yığılmış 2 ton ot bağlamasının 750 kq yanmışdır. Ot bağlamasının qalan hissəsi və yardımçı tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2017-ci il saat 00:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:19-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 23:55-də başa çatmışdır.