Geri

12 yanvar 2017-ci il saat 01:30-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan yardımçı tikilinin içərisinə yığılmış 2 ton ot bağlamasının 750 kq yanmışdır. Ot bağlamasının qalan hissəsi və yardımçı tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2017-ci il saat 00:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:19-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 23:55-də başa çatmışdır.