Geri

11 yanvar 2017-ci il saat 23:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 22:26-da başa çatmışdır.

Geri

11 yanvar 2017-ci il saat 21:30-dək, ilkin məlumata əsasən:

Ağdam rayonu, Çullu kəndində “Azərişiq” ASC-yə məxsus gücü 160 kVt olan transformatorun çıxış kabeli 20 p.m yanmışdır. transformator və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 104 m2 birmərtəbəli 3 otaqlı evin tavanı 10 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti almışdır. Bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 yanvar 2017-ci il saat 16:15-dək, ilkin məlumata əsasən:

İmişli rayonu, Murğuzalılı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 yanvar 2017-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:30-da başa çatmışdır.

Geri

11 yanvar 2017-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyadan ibarət radiator təmir sexi 10 m2 sahədə və sexin ətrafında 5 m2 sahədə  taxta tullantıları yanmışdır. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 yanvar 2017-ci il saat 02:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 mm olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Dövlət Neft Şirkətinin mütəxəsisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilmiş və xətt istismardan təcrid olunmuşdur. Təhlükəsizlik məqsədilə qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkmişlər. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Əməliyyat saat 00:58-də başa çatmışdır.

Geri

11 yanvar 2017-ci il saat 01:20-dək, ilkin məlumata əsasən:

Qusar rayonu, Köhnə Xudat kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,5 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonu, Toğanalı kəndində hal-hazırda yaşayış olmayan ümumi sahəsi 200 m2 olan 4 otaqlı tikilinin dam örtüyü, tavanı 80 m2 sahədə və içərisində olan istifadəyə yararsız 10 ədəd döşək qismən yanmışdır. Tikilinin qalan hisəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.