Geri

11 yanvar 2017-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyadan ibarət radiator təmir sexi 10 m2 sahədə və sexin ətrafında 5 m2 sahədə  taxta tullantıları yanmışdır. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 yanvar 2017-ci il saat 02:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 mm olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Dövlət Neft Şirkətinin mütəxəsisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilmiş və xətt istismardan təcrid olunmuşdur. Təhlükəsizlik məqsədilə qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkmişlər. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Əməliyyat saat 00:58-də başa çatmışdır.

Geri

11 yanvar 2017-ci il saat 01:20-dək, ilkin məlumata əsasən:

Qusar rayonu, Köhnə Xudat kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,5 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonu, Toğanalı kəndində hal-hazırda yaşayış olmayan ümumi sahəsi 200 m2 olan 4 otaqlı tikilinin dam örtüyü, tavanı 80 m2 sahədə və içərisində olan istifadəyə yararsız 10 ədəd döşək qismən yanmışdır. Tikilinin qalan hisəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.