Geri

30 sentyabr 2016-cı il saat 17:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Binəqədi rayonu ərazisində yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə yağış suyu dolmuş və sakinlərin evdən çıxmasına çətinliklər yaranmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 4 nəfər vətəndaşa müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 16:05-də başa çatmışdır.

Geri

30 sentyabr 2016-cı il saat 16:30-dək, ilkin məlumata əsasən:

Ismayıllı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları, evə bitişik tikilmiş ümumi sahəsi 70 m2 olan talvarın yanar konstruksiyaları 20 m2 sahədə və bitişik ümumi sahəsi 180 m2 olan 1 mərtəbəli 6 otaqlı evin 2 ədəd pəncərəsi qismən qarsalanmışdır. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi 1 nəfər vətəndaş yüngül yanıq xəsarətləri almış və təcili yardım tərəfindən ona ilkin yardım göstərilmişdir. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 sentyabr 2016-cı il saat 15:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 15:20-də başa çatmışdır.

Geri

30 sentyabr 2016-cı il saat 13:55-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə yağış suyu dolmuş və sakinlərin evdən çıxmasına çətinliklər yaranmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1 nəfər vətəndaşa müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 12:58-də başa çatmışdır.

Geri

30 sentyabr 2016-cı il saat 13:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:59-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:40-da başa çatmışdır.

Geri

30 sentyabr 2016-cı il saat 13:35-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus “PEUGEOT” markalı minik avtomobilinin qabaq təkərləri, mühərrikin yanar hissələri, idarəetmə lövhəsi və salonun üzlük hissəsi qismən yanmış, qabaq oturacaqlar qarsalanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 sentyabr 2016-cı il saat 11:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə yağış suyu dolmuş və sakinlərin evdən çıxmasına çətinliklər yaranmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1 nəfər vətəndaşa müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 10:57-də başa çatmışdır.

Geri

30 sentyabr 2016-cı il saat 11:30-dək, ilkin məlumata əsasən:

Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan 3 otaqlı evin 1 otağının, mətbəxinin, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik ümumi sahəsi 300 m2 olan ikimərtəbəli ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

29 sentyabr 2016-cı il tarixlərində yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Suraxanı rayonunda avtomobil yoluna yığılan yağış suları “İSUZU” markalı avtobusun hərəkətini məhdudlaşdırmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtobusda olan 2 nəfərə müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 10:38-də başa çatmışdır.

Geri

30 sentyabr 2016-cı il saat 07:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 8 m2 olan dəmir konstruksiyalardan ibarət ambarın içərisində olan geyim əşyaları 4 m2 sahədə yanmışdır. Yüksək temperaturdan ambara bitişik ümumi sahəsi 21 m2 olan geyim mağazasının lambirdən ibarət tavanı ərimişdir. Ambarın, mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 sentyabr 2016-cı il saat 03:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:30-da başa çatmışdır. ​

Geri

30 sentyabr 2016-cı il saat 00:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda “Toyota” markalı minik avtomobilinin yolun kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 23:26-da başa çatmışdır.