Geri

31 avqust 2016-cı il saat 22:30-dək, ilkin məlumata əsasən:

Goranboy rayonu, Cinli Boluslu kəndində vətəndaşa məxsus ümumi sahəsi 102 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 52 m² sahədə və damına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Dünyamalılar kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 25 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2016-cı il saat 20:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda süni göldə 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər 2000-ci il təvəllüdlü Sadıqov Ayxan Yalçın oğlunun cəsədini taparaq sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:20-də başa çatmışdır.

Geri

31 avqust 2016-cı il saat 19:00-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində, “Azərişıq” ASC-yə məxsus transformatorun sarğıları, yağı və giriş-çıxış kabeli 15 p.m yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Əliabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağa yığılmış 25 ton ot bağlamasının 10 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi, yaxınlıqda olan köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2016-cı il saat 16:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 15:40-da başa çatmışdır.

Geri

31 avqust 2016-cı il saat 10:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 09:20-də başa çatmışdır.

Geri

31 avqust 2016-cı il saat 08:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonu ərazisindən keçən Gəncə çayına 1 nəfərin düşməsi və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 07:23-də başa çatmışdır.

Geri

31 avqust 2016-cı il saat 06:45-dək, ilkin məlumata əsasən:

Salyan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan boru emalı sexinin gözətçi köşkünün yanar konstruksiyaları 12 kv.m sahədə və əraziyə yığılmış məişət tullantıları 50 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı tiklilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2016-cı il saat 02:10-dək, ilkin məlumata əsasən:

Masallı rayonunda vətəndaşa məxsus istirahət mərkəzində ümumi sahəsi 100  kv.m olan taxta konstruksiyadan ibarət restoranın yanar konstruksiyaları 80 kv.m sahədə yanmışdır. Restoranın qalan hissəsi və yaxınlığdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2016-cı il saat 01:00-dək, ilkin məlumata əsasən:

Tovuz rayonu, Ağbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Evə bitişik ümumi sahəsi 45 kv.m olan talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2016-cı il saat 00:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:33-də başa çatmışdır.