Geri

31 avqust 2016-cı il saat 02:10-dək, ilkin məlumata əsasən:

Masallı rayonunda vətəndaşa məxsus istirahət mərkəzində ümumi sahəsi 100  kv.m olan taxta konstruksiyadan ibarət restoranın yanar konstruksiyaları 80 kv.m sahədə yanmışdır. Restoranın qalan hissəsi və yaxınlığdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2016-cı il saat 01:00-dək, ilkin məlumata əsasən:

Tovuz rayonu, Ağbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Evə bitişik ümumi sahəsi 45 kv.m olan talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2016-cı il saat 00:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:33-də başa çatmışdır.