Geri

31 avqust 2016-cı il saat 01:00-dək, ilkin məlumata əsasən:

Tovuz rayonu, Ağbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Evə bitişik ümumi sahəsi 45 kv.m olan talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2016-cı il saat 00:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:33-də başa çatmışdır.