Geri

31 iyul 2016-cı il saat 19:15-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 18:10-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 18:55-də başa çatmışdır.

Geri

31 iyul 2016-cı il saat 11:45-dək, ilkin məlumata əsasən

Qobustan rayonunda ümumi sahəsi 24 m2 olan vaqon tipli otağın yanar hissələri və içərisində məişət əşyaları yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Daşkəsən rayonu, Alunitdağ qəsəbəsində gücü 6 kVt olan yarımstansiyanın işərisində 11 ədəd yağ açarı yanmışdır. Digər transformatorlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2016-cı il saat 08:00-dək, ilkin məlumata əsasən

Ağcabədi rayonu, Salmanbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan talvarın yanar konstruksiyaları və 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.