Geri

30 iyul 2016-cı il saat 15:15-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 500 m2 olan mebel sexinin içərisinə yığılmış taxta tullantıları 10 m2 və ətrafdakı ərazidə 150 m2 sahədə məişət tullantıları yanmışdır. Sex yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Qaravəlli kəndində vətəndaşa məxsus ümumi sahəsi 617 m2 olan tövlənin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları 530 m2 sahədə və içərisinə yığılmış 20 ton ot bağlamasının 4 tonu yanmışdır. Yanğın zamanı tövlənin içərisində olan 16 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olmuşdur. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyul 2016-cı il saat 13:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 13:25-də başa çatmışdır.

Geri

30 iyul 2016-cı il saat 12:00-dək, ilkin məlumata əsasənn

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağında ev əşyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyul 2016-cı il saat 08:15-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Qaradağ rayonunda ticarət mərkəzinin 2-ci korpusun 13-cü sırasında fəaliyyət göstərməyən ümumi sahəsi 40 m² olan mağazanın içərisində yığılmış taxta materialları 30 m² sahədə yanmışdır. Mağaza və bitişik mağazalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyul 2016-cı il saat 08:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə Şəki rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 01:02-də başa çatmışdır;

Balakən rayonunda vətəndaşa məxsus ümumi sahəsi 32 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyalalrı və damına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.