Geri

31 may 2016-cı il saat 22:30-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonu, Səmədabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin və aynabəndinin yanar konstruksiyaları 52 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Köhnə Alvadı kəndində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m, taxta konstruksiyalardan ibarət olan birmərtəbəli 2 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 40 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Ramal kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə, bitişik tikilmiş ümumi sahəsi 50 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 2 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur.  Yanğın saat 21:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhəri, Corat qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2016-cı il saat 16:00-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 200 kv.m olan ticarət obyektinin 1 otağında 5 kv.m sahədə sənədlər, tikinti materialları və 5 ədəd müşahidə kamerası yanmışdır. Obyektin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunmuşdur.  Yanğın saat 14:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 4 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:42-də başa çatmışdır.​

Geri

31 may 2016-cı il saat 14:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 3000 kv.m olan keramika sexinin ərazisində 30 kv.m sahəyə yığılmış taxta taralar, ümumi sahəsi 9 kv.m olan hamam otağının yanar konstruksiyaları, yaxınlıqda yerləşən, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 171 kv.m olan ikimərtəbəli ofis binasının dam örtüyünün yanar konstruksiyaları və tavanı 55 kv.m sahədə yanmışdır. Hər iki sexin qalan hissəsi və digər bitişik obyektlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik lövhəsi, 6 ədəd elektrik sayğacı və qoruyucu açarlar yanmışdır. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Qızılkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 117 kv.m olan birmərtəbəli, 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:45-də başa çatmışdır.

Geri

31 may 2016-cı il saat 03:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 00:52-də başa çatmışdır.

Geri

31 may 2016-cı il saat 02:45-dək, ilkin məlumata əsasən:

Abşeron rayonunda Bakı Şəhər DYP-nin cərimə meydancasında dayanmış, sahibləri məlum olmayan "CHRYSLER" markalı minik avtomobilin yanar hissələri, "MERCEDES" minik avtomobilinin sağ hissəsi, "MİTSUBİSHİ" markalı minik avtomobilinin sol hissəsi və salonu yanmış, "FORD" markalı minik avtomobilinin qabaq hissəsi qismən ərimişdir. Digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.