Geri

31 may 2016-cı il saat 03:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 00:52-də başa çatmışdır.

Geri

31 may 2016-cı il saat 02:45-dək, ilkin məlumata əsasən:

Abşeron rayonunda Bakı Şəhər DYP-nin cərimə meydancasında dayanmış, sahibləri məlum olmayan "CHRYSLER" markalı minik avtomobilin yanar hissələri, "MERCEDES" minik avtomobilinin sağ hissəsi, "MİTSUBİSHİ" markalı minik avtomobilinin sol hissəsi və salonu yanmış, "FORD" markalı minik avtomobilinin qabaq hissəsi qismən ərimişdir. Digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.