Geri

30 may 2016-cı il saat 17:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda 6 ha otlaq sahə yanmışdır. Yaxınlıqda olan evlər və 5 ha biçilməmiş taxıl sahəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 may 2016-cı il saat 17:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunda mənzildə 2 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olmuş və azyaşlıları valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 16:43-də başa çatmışdır.

Geri

30 may 2016-cı il saat 16:15-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonunda kənd bələdiyyəsinə məxsus ərazidə 4 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 6 tonu və yaxınlıqda ümumi sahəsi 50 kv.m olan qamışdan ibarət tövlənin dam örtüyü 4 kv.m sahədə yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 may 2016-cı il saat 14:45-dək, ilkin məlumata əsasən:

İmişli rayonunda vətəndaşa məxsus ərazidə 5 ha biçilməmiş taxıl sahəsi və kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha sahədə kol-kos yanmışdır. Ərazidə olan digər taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 may 2016-cı il saat 12:20-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:54-də başa çatmışdır.