Geri

30 aprel 2016-cı il saat 23:15-dək, ilkin məlumata əsasən:

Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan talvarın altında yığılmış 8 ton ot bağlamasının 1 tonu yanmışdır. Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​

Geri

30 aprel 2016-cı il saat 23:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Radiasiya və Kimya laboratoriyasının kimyaçı mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 22:25-də başa çatmışdır.​

Geri

30 aprel 2016-cı il saat 17:10-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Şorsulu kəndində vətəndaşa məxsus ümumi sahəsi 1002 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 340 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 aprel 2016-cı il saat 15:00-dək, ilkin məlumata əsasən:

30 aprel 2016-cı il tarixində Bakı şəhəri, Suraxanı rayonunda dənizə rezin qayıqla balıq tutmaq məqsədilə çıxaraq (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazidə) batmış 1984-cü il təvəllüdlü Nəzərov Namiq Hidayət oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:45-də başa çatmışdır. ​

Geri

30 aprel 2016-cı il saat 11:00-dək, ilkin məlumata əsasən:

Ucar rayonu, Qarabörk kəndində vətəndaşa məxsus ümumi sahəsi 405 kv.m olan sexin tavanına vurulmuş penoplast üzlük 150 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

30 aprel 2016-ci il saat 10:05-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunmuşdur. Axtarış-xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcəkdir.

Geri

30 aprel 2016-cı il saat 09:00-dək, ilkin məlumata əsasən:

Ağdaş rayonu, Ləki dəmiryol stansiyasında “Azərdəmiryol” QSC-nə məxsus Gəncə-Bakı istiqamətində hərəkətdə olan yükdaşıyan elektrovozun mühərrikində elektrik avadanlıqları yanmışdır. Elektrovozun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 aprel 2016-cı il saat 04:00-dək, ilkin məlumata əsasən:

Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 190 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 45 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər xəsarət almışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 aprel 2016-cı il saat 00:00-dək, ilkin məlumata əsasən:

Xaçmaz rayonu, Xudat şəhərində xəstəxananın ərazisində təmirə dayanmış ümumi sahəsi 35 kv.m olan birmərtəbəli stomatoloji şöbədə qaz sızması nəticəsində partlayış baş vermişdir. Hadisə zamanı 1 nəfər xəsarət almışdır. Yanğın hadisəsi olmamışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.