Geri

30 aprel 2016-ci il saat 10:05-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunmuşdur. Axtarış-xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcəkdir.

Geri

30 aprel 2016-cı il saat 09:00-dək, ilkin məlumata əsasən:

Ağdaş rayonu, Ləki dəmiryol stansiyasında “Azərdəmiryol” QSC-nə məxsus Gəncə-Bakı istiqamətində hərəkətdə olan yükdaşıyan elektrovozun mühərrikində elektrik avadanlıqları yanmışdır. Elektrovozun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 aprel 2016-cı il saat 04:00-dək, ilkin məlumata əsasən:

Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 190 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 45 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər xəsarət almışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 aprel 2016-cı il saat 00:00-dək, ilkin məlumata əsasən:

Xaçmaz rayonu, Xudat şəhərində xəstəxananın ərazisində təmirə dayanmış ümumi sahəsi 35 kv.m olan birmərtəbəli stomatoloji şöbədə qaz sızması nəticəsində partlayış baş vermişdir. Hadisə zamanı 1 nəfər xəsarət almışdır. Yanğın hadisəsi olmamışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.